Accessibility links

ASEAN ilk xartiyasını hazırlayır


Cənubi Asiya Dövlətləri Assosisasiyası-ASEAN-ın xarici işlər nazirləri Manila görüşü zamanı insan hüquqları təşkilatının təsisi barədə qərar qəbul ediblər. Bu, qurumun ilk xartiya layihəsində yer alacaq. İnsan hüquqları təşkilatının təsisi barədə qərar ASEAN-ı ilk xartiyasının ratifikasiyasına daha da yaxınlaşdırıb. Cənubi Asiya Dövlətləri Assoaisasiyanın 10 xarici işlər naziri bu qərarı Birmanın hərbi hökumətinin kəksin etirazlarına baxmayaraq qəbul edib. İnsan hüquqları vəziyyətinə görə, bir çox hökumətlər, Avropa İttifaqı və ABŞ tərəfindən tənqidlərə məruz qalan Birma hökuməti insan hüquqları komissiyasının təsis edilməsinə həmişə etiraz edib. ASEAN ölkələrinin Vyetnam, Laos və Kambodca kimi avtoritar və birpartiyalı hökumətlərə malik olan bəzi üzvləri insan hüquqları vəziyyətinin yaxından izlənməsinin əleyhinədir. Qeyd edək ki, ASEAN xartiya layihəsi üzərində işləməklə, Avropa İttifaqı kimi qanunlara əsaslanan təşkilatlardan birinə çevrilə bilər. Noyabr ayında ASEAN liderlərin yığıncağı zamanı xartiya ratifikasiya edilməlidir. Bu isə öz növbəsində ASEAN-a beynəxlaq müzakirələr və mübahisələrin həllinə qanuni vəsiqə vermiş olacaq. Xatriyaya azad ticarət, iqtisadi inteqrasiya və regionda nüvə silahlarını qadağan edən 10 illik saziş də daxil edilir. ASEAN-nın xarici işlər nazirləri gələn iki gün ərzində Asiya ölkələri və ABŞ da daxil edilməklə, digər aparıcı partnyorları ilə görüşlər keçirməlidir. Həftənin cümə axşamı günü isə ASEAN-ın regional forumu işinə baplayacaq.

XS
SM
MD
LG