Accessibility links

İraqda daha bir partlayış


İraq polsinin bildirdiyinə görə, bu gün Bağdadın mərkəzində maşına yerləşdirilmiş bomba partlayışı nəticəsində 6 adam həlak olub. Hadisə ilə futbol üzrə Asiya Çempionatı münasibəti ilə ara verilən zorakıqlar yenidən vüsət alıb. Rəsmilər partlayışın 30 adamın yaralanmasına səbəb olduğunu bildirir. Bomba nəqliyyat qadağasına qoyulan möhlətin başa çatmasından bir neçə saat sonra işə düşüb. Xatırladaq ki, nəqliyyat hərəkətinə qadağa dünəndən İraqın futbol komandasının Səudiyyə Ərəbistanı komandası ilə final oyunlarından əvvəl qüvvəyə minmişdi. Britaniyanın Oksfam xeyriyyə təşkilatı İraqdakı zorakıqların humanitar böhranı dərinləşdiridyini bildirir. Deyildiyinə görə, İraqda uşaqların 28 faizi normal qida, 70 faizi isə təmiz içməli su qıtlığı ilə üzləşib.

XS
SM
MD
LG