Accessibility links

Amerikalı admiral İranın nüvə ambisiyalarından narahatdır


Prezident Buşun ABŞ-ın Birgə Qərargahlar rəisi vəzifəsinə nominasiya etdiyi admiral Maykl Mullen İranın Yaxın Şərqdə düşmən rolunun artmasından dərin narahatlığlını ifadə edib. Senatın Silahlı Qüvvələr komitəsindən dinləmələr zamanı İraqda vəziyyət və İrandan gələn təhlükələr barədə danışıb. Admiral Mullen deyib ki, o, İranın nüvə ambisiyalarından olduqca narahatdır. İraqa gəldikdə, admiral qeyd edib ki, İraqda müxtəlif qruplar milli birlik istiqamətində addım atmasalar, irəliləyişə nail olmaq üçün nə qədər də olsa əsgər və vaxt kifayət etməyəcək. Bununla belə o deyib ki, əlavə əsgəri qüvvənin yerləşdirilməsi İraqda təhlükəsizliklə bağlı vəziyyətin yaxşılaşmasına gətirib çıxarıb. admiral Mullenin Birgə Qərargahlar rəisi vəzifəsinə namizədliyi Senatda təsdiq olmalıdır.
XS
SM
MD
LG