Accessibility links

Tayvan rəsmiləri Vaşinqtona səfər edə bilər


ABŞ-ın Nümayəndələr Palatası Tayvan prezidenti və digər yüksək rütbəli şəxslərin Vaşinqtona səfər etmələrinə qoyulan qadağanın ləğvi barədə qətnamə qəbul edib. Tövsiyyə mahiyyətli qətnamədə deyilir ki, qadağanın ləğvi Asiya Sakit Okeanı hövzəsi ölkələrinin sülh və sabitliyinə xidmət etməklə yanaşı, Amerikaya Tayvan liderləri ilə birbaşa təmas yaradılmasına kömək edəcək. Tayvan prezidenti, baş naziri və digər rəsmi şəxslərin Vaşiqntona rəsmi səfərlər etməsinə qadağa qoyulsa da, onlar Nyu- York, San Fransisko və digər liman şəhərlərindən tranzit kimi istifadə edə bilərlər. Nümayəndələr Palatasının qətnaməsinə Çinin etirazını bildirəcəyi gözlənilir.

XS
SM
MD
LG