Pakistan polisi bildirib ki, təhlükəsizlik qüvvələri Pəncab vilayətində polis təlim mərkəzinə daxil olmaq istəyən intihar bomba hücumçusunu qətlə yetiriblər. Polisin verdiyi məlumatda bu gün habelə, Sarqoda şəhərində hücumçu ilə atışma zamanı bir polis nəfəri öldürülüb. Rəsmilər bildirir ki, hücumçu atışma zamanı işə sala bilmədiyi partlayıcılarla dolu gödəkçə geyinibmiş.
Keçən ay Pakistanın təhlükəsizlik qüvvələrinin İslamabadda Qırmızı Məscidə reydindən sonra ölkədə yaraqlıların zorakı hücumları artmışdır.