Accessibility links

Minneapolisdə nəqliyyat körpüsü uçub


Minnesota ştatının Minneapolis şəhərində körpünün dağılması nəticəsində həlak olanların cəsədləri axtarılır. Missisipi çayının 20 metr dərinliyinə qərq olan qurbanların axtarışı üç gün davam edə bilər. Çərşənbə günü axşam 8 xətli körpünün uçması ilə nə qədər adamın həlak olduğu barədə dəqiq məlumat yoxdur. Lakin ilkin məlumatlara görə yeddi adam həlak olmuş, otuzdan artıq adam itkin düşmüşdür.

Körpünün uçmasının səbəblərinin araşdırılması üçün ştat və federal nəqliyyat rəsmiləri hadisə yerindədir. ABŞ-ın Daxili Təhlükəsizik Nazirliyi hadisəyə terrorizmin səbəb olduğuna dair heç bir dəlil olmadığını bildirib. 1967-ci ildə salınan bu körpü 2005-2006-cı illərdə yoxlanışdan keçirilmiş və heç bir texniki nasazlıq qeydə alınmamışdı. Lakin 2005-ci il federal hökumətin hesabatında körpünün inşaat qüsurları və onun təmirə ehtiyacı olduğu bildirilmişdi.

XS
SM
MD
LG