ABŞ-ın müdafiə naziri Robert Geyts Küveyt rəsmiləri ilə Küveyt şəhəri yaxınlığında Amerika hərbi bazası ətrafındakı boş sahəyə baş çəkib. Bu sahə on minlərlə hərbi maşın və digər təchizat üçün kifayət qədər yerə malikdir. ABŞ qüvvələri İraqdan çıxarıldığı təqdirdə bu yerdən istifadə edilməsi nəzərdə tutulur. Hazırda sahə Amerikanın İraqdakı 160 min əsgərinə bağlıdır. ABŞ-ın müdafiə nazirinin turu 40 dəqiqə sürmüşdü. Geyts, onu müşayiət edən heyət və müxbirləri həmin sahəyə 5 vertolyot aparmışdı.