Accessibility links

Kürdpərəst qanunvericilər zorakılıqların qarşısını almaq istədiklərini deyirlər


Türkiyə parlamentinə yenicə seçilmiş kürdpərəst qanunvericilər sabah keçiriləcək parlament iclasındakı andiçmə mərasimində iştirak edəcəklər. Qeyd edək ki, keçən ay keçirilən seçkilərdə kürdpərəst Demokratik İctimaiyyət Partiyası parlamentdəki 550 yerdən 21-ni qazanmışdı. Kürd separatçıları ilə əlaqəsi olduğu təsdiq edildikdən sonra həmin qrupun on ildən çox bir müddət idi ki, qanunverici orqanlarda iştirakı qadağan edilmişdi. Demoktratik İctimaiyyət Partiyasından olan qanunvericilər kürd separatizminin törətdiyi zorakılıqların qarşısını almaq istədiklərini bildirmişlər.
XS
SM
MD
LG