Rusiya rəsmilərinin bildirdiyinə görə, Dağıstan regionunda yaraqlılarla təhlükəsizlik qüvvələri arasında baş verən üç ayrı-ayrı qarşıdurma nəticəsində 7 nəfər öldürülüb. Rəsmilər deyirlər ki, zorakılıq hadisələrindən biri keçən gecə Serqokalinski ərazisində keçirilən yoxlamalar zamanı baş vermiş, nəticədə bir əsgər və dörd yaraqlı həlak olmuşdur. Digər qarşıdurma polisin paytaxt Mahaçqalada keçirdiyi reyd zamanı baş vermişdir. Orada da bir yaraqlı öldürülmüşdür. Buynaksk şəhərinin polis rəisinin müavini bu gün işə gedərkən güllə ilə öldürülüb.
Rusiya ilə Çeçenistan respublikası arasındakı müharibənin yaratdığı zorakılıqlar qonşu Dağıstan da daxil edilməklə, Rusiyanın Şimali Qafqaz regionuna yayılıb.