Türkiyə parlamentarları bu gün and içərək vəzifələrinin icrasına başlayıblar. Beləliklə yeni çoxluq hökumət yaradılmasına start verib. Yeni parlamentə baş nazir Rəcəb Təyyib Ərdoğanın rəhbərlik etdiyi İslam köklərinə malik Ədalət və İnkişaf Partiyası nəzarət edəcək. Cənab Ərdoğanın partiyası ötən həftəsonu keçirilən seçkilərdə 550 yerdən 341-ni qazanmışdı. Bu rəqəm tam çoxluqdan bir qədər azdır, lakin özgə partiyalar parlament yeni prezidenti seçəndə AKP-yə dəstəklərini verəcəklərini açıqlayıblar.
Parlament Avqustun 22-nədək yeni prezident seçməlidir. Apreldə müxalifət xarici işlər naziri Abdulla Gülün yeganə namizəd olduğu prezident səsverməsini baykot etmişdilər. Həmin vaxt yüz minlərlə insan nümayişlərə çıxaraq Gülün namizədliyinə qarşı etiraz etdilər və bunu Türkiyənin dünyəvi əsaslarına təhlükə adlandırdılar.