Accessibility links

Təbrizli fəal işgəncə altında


İran Azərbaycanında mədəni hüquqlar uğörunda mübarizə aparan fəalların həbsi davam edir. Təbrizli fəal Əmir Abbas Bənayi Kazıminin həbsdə işgəncələrə məruz qaldığı bildirilir.

Əmir Abbas Bənayi Kazımi üç aydır ki, məhkəməsiz Təbriz həbsxanasında saxlanılır. Bu barədə Amerikanın səsinə onun anası Cəmilə Kazımi məlumat verib.

Əmir Abbas nişanlıdır. Həbsindən bəri nişanlısının onu həbsxanada ziyarət etməsinə icazə verilməyib.

Oğlunun işgəncə altında olduğunu deyən Cəmilə Kazımi ona qarşı irəli sürülən ittihamların sadəcə türk dilini müdafiə etməsi ilə bağlı olduğunu deyir.

Məhbusun atası Rəhim Bənayi Kazımi oğlunun həbsdə olduğu müddət ərzində bir neçə dəfə aclıq aksiyası keçirdiyini dedi.

XS
SM
MD
LG