Accessibility links

Şiə məscidini partlatmaqda günahlandırılan terrorçu öldürülüb


Birləşmiş Ştatların İraqdakı hərbçiləri bildirir ki, koalisiya qüvvələri şiə məscidində ölkə boyu təriqətlərarası zorakılığa səbəb olan partlayışın təşkilatçısını öldürüblər.

Ordu rəsmilərinin məlumatında deyilir ki, Əl Qaidənin İraqın Səlahəddin vilayətindəki əmiri Həytam əl Bədri cümə axşamı Samirə şəhərində öldürülüb. O, bu şəhərin Əsgəriyyə məscidinə iki hücuma görə günahlandırılırdı.

Keçən ilin fevral ayında baş verən ilk hücum məscidin qızıl gümbəzinin dağılması ilə nəticələnmiş və minlərlə insanın ölümünə gətirib çıxaran təriqətlərarası münaqişəyə yol açmışdı.

Əl Bədri iyun ayında məbədin iki minarəsinin dağılması ilə nəticələnən hücuma görə də məsul sayılırdı.

Bu arada İraq polisi minomyot atəşi nəticəsində azı 11 mülki bağdadlının həlak olduğunu bildirir.

XS
SM
MD
LG