Accessibility links

ABŞ Konqresi yeni hesabat açıqlayıb


ABŞ Konqresinin hesabatında bildirilir ki, Müdafiə Nazirliyi bir neçə il ərzində İraq qüvvələrini təmin etdiyi 193000 silah və hərbi sürsatın harada olduğuna dair məlumata malik deyil. Hesabatda AK-47 növlü tüfənglər və tapancalar kimi 2004-cü ilin iyun, 2005-ci ilin sentyabr ayları arasında yoxa çıxan silahların İraq ordusu üçün nəzərdə tutulduğu bildirilir. Sənəddə bu silahların bir hissəsinin yaraqlıların əlinə keçdiyi deyilir. Pentaqonun yüksək səlahiyyətli rəsmilərindən biri “Washington Post”a bildirib ki, bu silahlardan ABŞ qüvvələrinin əleyhinə istifadə edilib. Hesabatda 2003-cü ildən bəri İraqın təhlükəsizlik qüvvələrinə 20 milyard dollara yaxın vəsait xərcləndiyi qeyd edilir. Pentaqon isə bu hesabatı sual altına alaraq, özünün hazırda araşdırmalar apardığını bildirir.

XS
SM
MD
LG