Accessibility links

Demokratiya və insan hüquqları ABŞ və Azərbaycan arasında ikitərəfli münasibətlərin ayrılmaz hissəsidir


Birləşmiş Ştatların Dövlət Departamenti Azərbaycan və ABŞ arasında demokratiya və insan haqlarına dair dialoqla bağlı açıqlama verib.
Dövlət Departamentinin yaydığı pres-relizdə deyilir ki, keçən həftə Birləşmiş Ştatlar və Azərbaycan hökuməti arasında Azərbaycanda demokratiya və insan haqlarına dair ikitərəfli dialoqun üçüncü raundu keçirilib. Azərbaycanda demokratik inkişaf və insan haqlarına hörmət edilməsini gücləndirmək məqsədi daşıyan dialoq ABŞ tərəfindən 2006-cı ilin dekabrında Bakıda təklif edilib. Dialoqun bu dəfəki raundu mətbuat azadlığı, seçki prosesi və insan haqlarına dair narahatlıqlar, habelə qanunun aliliyi və vətəndaş cəmiyyətinin rolu məsələləri üzərində mərkəzləşib. Müzakirələr zamanı ABŞ tərəfi Dövlət katibinin Demokratiya və İnsan Haqları üzrə müavini Barri Lavenkron və Dövlət katinin Avropa və Avrasiya məsələləri üzrə müavini Daniyel Frid təmsil ediblər. Telekonfrans zamanı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan tərəfi təmsil edib.
Pres-relizdə deyilir ki, demokratiya və insan hüquqları Amerika Birləşmiş Ştatlarının Azərbaycanla enerji, iqtisadiyyat və təhlükəsizlik sahələrində əməkdaşlıqla bərabər ikitərəfli münasibətlərinin ayrılmaz hissəsidir.
XS
SM
MD
LG