İraqın baş naziri Nuri Əl-Maliki qarşılıqlı münasibətlər və təhlükəsizlik məsələlərinin müzakirəsi məqsədi ilə İrandadır. O bu gün İranın vitse-prezidenti Pərviz Davudi ilə görüşüb. Nuri Əl Malikinin İran prezidenti Mahmud Əhmədinejad və ali ruhani rəhbər Ayətulla Əli Xameneyi ilə də görüşü gözlənilir.
Birləşmiş Ştatların İraqdakı hərbiçiləri bildirirlər ki, Bağdadın şiə Sədr məhəlləsində koalisiya qüvvələri tərəfindən 30 terrorçu öldürülüb. Ordunun bəyanatında bildirilir ki, koalisiya qüvvələrinin bu gün terroristlərin İrandan qaçaqmalçılıq yolu ilə aldıqları partlayıcı maddələrin ələ keçirilməsi məqsədi daşıyan “Xüsusi Qrup” adlı hərbi əməliyyat zamanı şübhəli bilinən 12 nəfər də həbs edilib. Hərbiçilər yaraqlıların təlimlər üçün İraqdan İrana göndərildiyini deyir.