Accessibility links

ABŞ-da hava şəraiti bir çox bölgəni təsirinə məruz qoyub


Amerika Birləşmiş Ştatlarında hava şəraiti bir çox bölgəni təsirinə məruz qoyub. Nyu-Yorkda yağan şiddətli yağışlar dəmir yolları və merto stansiyalarını su altında qoyub. Nyu-Yorkun əsas hava limanlarında uçuşlar təxirə saınıb. Ağacların yıxılması ilə yollar bağlanıb. Ölkə boyu isti hava barədə də xəbərdarlıq verilib. Açıq havada çalışan milyonlarla amerikalı böyük risk altındadır. Belə ki, hər il isti hava səbəbi ilə 400 adamın dünyasını dəyişdiyi bildirilir. Sent Luis, Filadelfiya və Memfis kimi şəhərlədə temperatur rekord səviyyəyə yüksəlib. 22 ştatda isti hava xəbərdarlığı qüvvədədədir.

XS
SM
MD
LG