Accessibility links

Gürcüstanda media şirkətlərini ofislərindən çıxarıblar


Gürcüstan polisi rəsmilərin mülkiyyət mübahisəsi kimi qələmə verdiyi səbəblər ucbatından yayım şirkəti və qəzetləri ofislərindən çıxarır.

Polis bu gün binaya daxil olaraq bir neçə media şirkətini, o cümlədən Kavkasiya telekanalını tutduqları ofislərdən çıxarıb. Binanın digər istifadəçilərinin qalmasına icazə verilib.

Gürcüstanın İqtisadiyyat Nazirliyi dövlətə məxsus binanın özəlləşdirildiyini və çıxarılan kirayəçilərin yeni kirayə şərtləri ilə razılaşmadığını bildirib. Media şirkətlərinin işçiləri bu gün bina qarşısında etiraz piketi keçirib.

XS
SM
MD
LG