Accessibility links

Kərkükdə terror aksiyası baş verib


İraq polisi deyir ki, şimali Kərkük şəhərində bazarda baş verən bomba partlayışı ən azı 8 adamı öldürmüş, onlarla adamın yaralanmasına səbəb olub. Rəsmilər deyir ki, hücum neftlə zəngin şəhərin Kürdlər yaşayan məntəqəsində baş verib. Bağdaddan cənubda Sünni şəhəri Yusifiyyədə Amerika helikopteri yerə enməyə məcbur olmuş, və iki əsgər yaralanmışdır. Bu hadisə ilə bağlı araşdırma aparılır. Başqa xəbərdə koalisiya qüvvələrinin Bağdad və onun ətrafında 5 terroristi öldürdüyü və 32 şübhəlini yaxaladığı bildirilir.
XS
SM
MD
LG