Accessibility links

Quyuda qalan şaxtaçılarla ünsiyyət qurulmasına çalışılır


ABŞ-ın Yuta ştatında şaxta rəsmiləri 6 şaxtaçının qəza nəticəsində ilişib qaldığı otağa quyu qazdıqlarını xəbər verirlər. Bu gün keçirilən mətbuat konfransında şaxta sahibi Robert Murray deyib ki, qayanın içərisindən kiçik deşik açılıb ki, bu da şaxtaçılarla ünsiyyət qurmaq məqsədi daşıyır. Murray bildirib ki, otağın içindən hələ ki, səs gəlmir. Lakin otaqdakı havanın ölçüləri onun həyat üçün tamamilə normal olduğunu göstərir. Mühəndislər su və ərzağın daşınması üçün daha geniş quyu qazırlar, amma yeraltı əraziyə çatmaq əlavə bir neçə saat vaxt aparacaq.
XS
SM
MD
LG