Accessibility links

ABŞ prezidenti fransalı həmkarını qonaq edir


ABŞ prezidenti Corc Buş bu gün Meyn ştatındakı ailə malikanəsində Fransa prezidenti Nikola Sarkozini nahar yeməyinə qonaq edir.

Cənab Buş və onun xanımı Lora Buş yay tətilini qonşuluqdakı Nyu Hempşir ştatında keçirən Fransa prezidenti və onun xanımı Sesilini Kennebunkportdakı malikanəyə qonaq dəvət ediblər.

Ağ evin sözçüsü Dana Perino deyib ki, xanım Sarkozi xəstə olduğu üçün nahar yeməyinə gələ bilməyib. Dana Perino qeyd edib ki, nahar yeməyi qeyri-rəsmi xarakter daşıyır, lakin liderlərin İran, Livan və Sudanda vəziyyət daxil olmaqla, iki ölkənin əvvəllər əməkdaşlıq etdiyi məsələləri müzakirə edəcəyi gözlənilir.

XS
SM
MD
LG