Accessibility links

Türkiyə ordusuna qarşı terror hücumu


Türkiyə ordusu bildirir ki, ölkənin cənub şərqində kürd yaraqlıları tərəfindən törədilən yolkənarı bomba partlayışında 11 əsgər və 2 mülki vətəndaş yaralanıb.

Ordunun bugünkü bəyanatında partlayışın Şiirt əyalətində türk əsgərlərini daşıyan mikroavtobusu hədəf aldığı bildirilib. Bəyanatda deyilir ki, ordu partlayışda əli olan yaraqlıları ələ keçirmək üçün əməliyyata başlayıb.

PKK yaraqlıları son il ərzində əksəriyyəti yolkənarı bomba hücumları vasitəsilə olmaqla çoxlu sayda Türk əsgərlərini öldürüb. Türkiyə və İraqın baş nazirləri keçən həftə görüşərək Şimali İraqı baza kimi istifadə edən yaraqlılara qarşı mübarizədə əməkdaşlıq haqda razılığa gəliblər.

Türkiyə İraqla sərhəddə qoşun cəmləşdirərək, PKK-ya qarşı mübarizə məqsədilə müdaxilə edəcəyi barədə xəbərdarlıq verib.

XS
SM
MD
LG