Accessibility links

Amerika iranlıları ilə bağlı istintaq başa çatdırıldı


İran milli təhlükəsizliyə hədə ittihamı ilə həbs edilən iki Amerika iranlısı ilə bağlı istintaqın başa çatdırıldığını bəyan edib. Tehranın baş prokurorunun müavini Həsən Hoddad dövlət mətbuatına bildirib ki, Hale İsfəndiyari və Kian Tacbəxş yazılı izahatlarını bitirməlidir. O, yazılı izahat dedikdə nəyin nəzərdə tutulduğuna dair açıqlama verməyib. Xatırladaq ki, Hale İsfəndiyari və Kian Tacbəxş may ayından etibarən Tehran həbsxanasında saxlanır. İranda daha bir amerikalı, Əli Şakiri nəzarət altındadır. Dördüncü amerikalı jurnalist Pərnaz Əzimanın isə Tehranı tərk etməsinə icazə verilmir.

XS
SM
MD
LG