Accessibility links

Abdulla Gül yenidən prezidentliyə namizəd göstərildi


Türkiyənin xarici işlər naziri Abdulla Gül hakim Ədalət və İnkişaf partiyası tərəfindən yenidən prezidentliyə namizəd göstərilib. Abdulla Gülün namizədliyini təsdiq edən partiya hazırda müxalifət liderlərinin dəstəyini əldə etməyə çalışır. Bu gün Ankarada Milli Hərəkat partiyasının liderləri ilə görüşündən sonra Abdulla Gül bu partiyanın ona dəstək verib-vermədiyindən danışmamışdı. Xarici işlər nazirinin namizədliyi dünən, müxalifətin parlament seçkilərini boykot etməsindən üç ay sonra təsdiq edilib. O vaxt Abdulla Gülün namizədliyi geri götürülmüşdü. Müxalifət liderlərindən bəziləri Türlkiyə mətbuatına daha bir boykotun gözlənilmədiyini deyiblər. Parlamentdə səsvermə raundlarına dünən start verilib.

XS
SM
MD
LG