Accessibility links

Hindistan lideri xalqı birliyə səsləyir


Hindistan bu gün Britaniyadan müstəqilliyinin 60-cı ildönümünü qeyd edir. Bütün ölkə boyu rəsmilər militantların qarşısını almaq üçün təhlükəsizlik tədbirlərini gücləndiriblər. Hindistan baş naziri Manmohan Sinqh bütün dinlərdən və kastalardan olan Hindliləri ölkəni müstəqilliyə aparmış ideallar ətrafında birləşməyə çağırıb. O, deyib ki, yoxsulluq aradan qaldırılmayınca Hindistan tam müstəqil olmayacaq. Qonşu Pakistan öz müstəqilliyini dünən qeyd etdi. Ənənəyə sadiq qalaraq hər iki ölkədə bayram münasibətilə qonşu dövlətə mənsub onlarla vətəndaş həbsdən azad edilib.

XS
SM
MD
LG