Accessibility links

Nyu-Yorkun polis idarəsi radikalizmlə mübarizəyə qalxıb


Nyu-York şəhərinin baş polis idarəsinin hesabatında radikalizm və cihada aparan yollar araşdırılır. 90 səhifəlik bu sənəddə “radikalizmin inkubatoru” adlandırlan yerlərdən də söz açılır. Bunlar arasında məscidlər, cihadı təbliğ edən veb səhifələrinin adları çəkilir. Nyu-Yorkun polis idarəsi ölkə daxilində yetişdirilən terror şəbəkələrinin fəaliyyəti və onlara hücuma keçməsindən əvvəl necə mane olunmasının yollarlarını müəyyən etməyə çalışır. Vətəndaş hüquqları müdafiəçiləri bunu qanunlara riayət edən və vətənpərvər müsəlmanların ədalətsiz şəkildə stereotipləşdirildiyini deyir.

XS
SM
MD
LG