Accessibility links

Əhməd Necdət Sezer kabinetin tərkibini təsdiqləməkdən imtina edib


Türkiyənin istefaya getməkdə olan prezidenti Əhməd Necdət Sezer baş nazirin təklif etdiyi kabinet tərkibini təsdiqləməkdən imtina edərək bu qərarı öz sələfinə buraxıb.

Baş nazir Rəcəb Tayyib Ərdoğan prezidentin addımını sələfinə qarşı xoş niyyət nümayişi adlandırıb.

Cənab Ərdoğanın islamçı köklərə malik Ədalət və İnkişaf Partiyası ötən ay parlament seçkilərində qələbə qazanıb.

Partiyanın xarici işlər naziri Abdullah Gül dünyəvi quruluşun qatı tərəfdarlarından olan cənab Sezeri prezident postunda əvəzləmək üçün namizədliyini irəli sürüb.

Dünyəvi quruluş tərəfdarları ehtiyat edir ki, baş nazir Ərdoğanın rəhbərliyi ilə bərabər cənab Gülün prezident seçilməsi Türkiyədə dərin köklərə malik din və dövlətin ayrılması prinsipini zəiflədə bilər.

Türkiyədə prezident seçkiləri bazar ertəsindən başlayaraq keçiriləcək.

XS
SM
MD
LG