İraqın baş naziri və prezident sünnülərin daxil olmadığı əsas şiə və kürd partiyalarından ibarət siyasi alyansın yaradıldığını elan ediblər. İraqın baş naziri Nuri əl-Məliki və kürdlərin prezidenti Cəlal Talabani əməkdaşlıq haqda razılığın əldə olunduğunu bu gün Bağdadda mətbuat konfransı zamanı açıqlayıblar. Cənab Talabani bildirib ki, onun sünnü müavini, vitse-prezident Tariq əl-Haşimi qrupa qoşulmaqdan imtina edib. Lakin prezident qapıların açıq olduğunu deyib. Haşiminin İraq Uzlaşma Cəbhəsi partlamentdə əsas sünnü blokudur.