Accessibility links

Taliban Cənubi Koreya rəsmilərilə girovlara dair danışıqları bərpa edib


Taliban yaraqlıları Cənubi Koreya rəsmilərilə Əfqanıstanda bir aydan artıqdır girov götürülmüş koreyalı girovların qalan 19-nun azad edilməsinə dair danışıqları bərpa ediblər. Beynəlxalq Qırmızı Xaçın nümayəndəsi bildirib ki, danışıqlar təşkilatın Qəzni şəhərindəki ofisində aparılır. Bazar ertəsi günü Taliban xoş niyyət əlaməti olaraq iki girovu azad etmişdi.
XS
SM
MD
LG