Accessibility links

Dean qasırğası saatda 160 km sürətlə irəliləyir


Şərqi Karib adası olan Martinikada Dean qasırğası öz dağıdıcı marşrutunun başlanğıcında elektrik xətlərini və ağacları qoparıb.

Mayamidəki ABŞ Milli Qasırğa Mərkəzi Martinika və onun qonşuluğundakı Santa Lüçia adalarının arasında küləyin sürətinin saatda 160 kilometrə çatdığını bildirir.

Antil adalarının çoxu, Virgin adaları, Barbados, Trinidad və Tabaqo, Aruba, Kürasao və Venesuelanın şimal sahilləri üçün qasırğa və tropik küləklər xəbərdarlığı verilib.

XS
SM
MD
LG