Accessibility links

Tacikistan məhkəməsi 2 sabiq Quantanamo məhbusunu məhkum edib


Tacikistan Ali Məhkəməsi ABŞ-ın Quantanamo hərbi bazasında saxlanılmış 2 sabiq məhbusu Əfqanıstanda militant qrupa muzdlu xidmət göstərdiyinə görə uzun-müddətli həbs cəzalarına məhkum edib. Özbəkistan İslamçı Hərəkatı üçün işlədiklərinə və qeyri-qanuni sərhədi keçdiklərinə görə 2 Tacik vətəndaşı 17 il azadlıqdan məhrum ediliblər. ABŞ hərbçiləri bu iki şəxsi 2001-ci ildə Əfqanıstanda yaxalamışdılar və onlar sonradan Quantanamo hərbi bazasında saxlanılmışdı. Bu ilin əvvəlində məhbuslar Tacikistan rəsmilərinə təhvil verilib. ABŞ Dövlət Departamenti Özbəkistan İslamçı Hərəkatını Əfqanıstandakı ABŞ və koalisiya əsgərlərinə qarşı hücumlarda günahlandırır.
XS
SM
MD
LG