Accessibility links

Prezident Buş İraqdakı nailiyyətləri önə çəkir


Prezident Buş deyir ki, parlamentdə müəyyən geriləmələrə baxmyaraq, Amerikalılar İraqda yerli səviyyədə əldə olunan nailiyyətlərdən ruhlana bilər. Cənab Buş həftəlik radio müraciətində bildirib ki, İraqın Qərbindəki Anbar vilayətində terrorçuların əzilməsi və qayda-qanunun yaradılması ilə bağlı ciddi proqres baş verib. Onun sözlərinə görə başqa vilayətlərdə də irəliləyişlər sezilir. Cənab Buş parlamentin işində irəliləyişin olmamasından təəssüfləndiyini bildirərək milli siyasətin sonda lokal reallıqlara uyğunlaşacağına ümid etdiyini deyib. ABŞ hərbi qüvvələrinin İraqdakı irəliləyişləri ilə bağlı Sentyabrda cənab Buşa hesabat təqdim olunacaq.
XS
SM
MD
LG