BMT-nin nüvə agentliyinin Tehrana səfər edən nümayəndə heyəti İranın nüvə proqramına dair danışqılar aparır. Beynəlxlaq Atom Enerjisi Agentlyinin direktor müavini Olli Heynonenin başçılıq etdiyi nümayəndə heyəti İranın Atom Enerjisi Təşkilatının rəhbər müavini Məhəmməd Səidi ilə görüş keçirib. Qeyd edək ki, BMT-nin Təhlükəsizlik Şurası İranın uran zənginləşdirilməsi fəaliyyətrinə son qoymaqdan imtina etməsinə necə cavab verilə biləcəyini müzakirə edir. Belə ki, İrana qarşı iki qətnamə indiyə qədər heç bir nəticə verməmişdi.