Accessibility links

Halə İsfəndiyari zaminə buraxıldı


Rəsmilərin bildirdiyinə görə, İranın milli təhlükəsizliyinə hədə iddihamı ilə may ayında həbs edilən Amerika iranlısı professor Halə İsfəndiyari 330 000-ə yaxın dollar məbləğində zəmanət ödənildikdən sonra azad edildi.

Bu gün İran məhkəməsindən alınan xəbərdə deyilirdi ki, Halə İsfəndiyarinin işi ilə əlaqədar araşdırmalar başa çatıb və zəmanət məbləği ödənildikdən sonra o, azad edilə bilər. Lakin məlumatda İsfəndiyari ilə birlikdə həbs edilən Kiyan Tacbəxş barədə heç bir məlumat verilmir.

XS
SM
MD
LG