Accessibility links

Nüvə agentliyi ilə İranın əldə etdiyi razılıq tənqidlərlə qarşılanıb


Beynəlxalq Atom Enerjisi Agentliyində Amerikanın nümayədə heyətinə başçılıq edən Qreqori Şult İranın agentliklə nüvə proqramına dair fəaliyyətləri barədə hesabat verməsinə dair razılığı tənqid edib. Bu gün Vyanada danışan cənab Şult bildirib ki, məhdud razılıq İranın nüvə obyetlərində geniş təftişə imkan yaratmır. Qreqori Şult deyib ki, İran nüvə fəaliyyətlərindən diqqətləri yayındırmağa çalışır. O bunların BMT-nin Təhlükəsizlik Şurasını İranı cəzalandırmaq səylərindən çəkindirməyəcəyini bildirib. Qeyd edək ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin nümayəndə heyətinin İranın nüvə müzakirəçisi Cavad Vahidi ilə razılıq əldə etdiyi elan edilmiş, lakin razılığın şərtləri barədə məlumat verilməmişdir.

XS
SM
MD
LG