Accessibility links

ƏL Qaidə yaraqlıları ilə sünnilər arasında qarşıdurma baş verib


İraq polisinin bildirdiyinə görə, Baquba şəhəri yaxınlığında sünni ərəblərlə ƏL Qaidə yaraqlıları arasında qarşıdurma azı 25 nəfərin ölümünə, bir neçə nəfərin isə yaralanmasına səbəb olub. Yerli sakinlərlə toqquşma yüzlərlə yaraqlının şəhərə hücum edərək üç gənci və yerli məscidin mollasını edam etdikdən sonra baş vermişdir. Polisin verdiyi məlumatda deyilir ki, azı 10 yaraqlı öldürülmüşdür. Atışma zamanı baş verən yanğın bir neçə qadının ölmünə səbəb olmuş, azı 5 qadın isə yaraqlılar tərəfindən girov götürülmüşdür.

İraqdakı ABŞ hərbiçilərindən alınan məlumatda bildirilir ki, Baquba, Baiji və Mosul şəhərlərində keçirilən əməliyyarlar nəticəsində Əl Qaidə ilə əlaqəsi olmaqda şübhələnilən bir yaraqlı öldürülmüş, 10 nəfər isə həbs edilmişdir.

XS
SM
MD
LG