Accessibility links

Yanacaq qiymətlərinə qarşı etiraz aksiyaları davam edir


Birmadan alınan xəbərlərdə deyilir ki, yanacaq qiymətlərinin qalxmasına etiraz olaraq 30-a yaxın adam daha bir nümayiş təşkil edib. Ranqunda nümayşçilərin aksiyaya qatılmasından az sonra onlar hökuməti dəstəkləyən 20 adamla qarşılaşmışlar. Şahidlərin dediyinə görə, etiraz aksiyasının iştirakçıları döyülmüş, maşınlara doldurularaq nümayiş yerindən aparılmışlar.

Xatrıladaq ki, Birmada yanacaq qiymətlərinə etirazlar bazar günündən baş qaldırmışdır. 13 fəal nəzarət altına alınıb.

XS
SM
MD
LG