Accessibility links

Belarus ABŞ-a qarşı cavab addımı atır


Belarus rəsmiləri Birləşmiş Ştatların həmin ölkə rəsmilərinə visa qadağaları tətbiq etməsinə cavab olaraq bəzi Amerika rəsmilərinin ölkəyə buraxılmayacağını elan ediblər. Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, bu addım ABŞ-ın qeyri-dost əməllərinə cavab olaraq atılıb.

ABŞ və Avropa Birliyi prezident Aleksandr Lukaşenko da daxil olmaqla, 30 yüksək rütbəli Belarus rəsmilərinə visa qadağaları tətbiq ediblər. Bu il siyahı genişləndirilərək Belarus hakimlərini və daxili işlər rəsmilərinə də şamil olunmağa başlayıb. Bu qadağalar 2006-cı ildə Lukaşenko 3-cü dönəm prezident seçiləndən sonra tətbiq olunub.

XS
SM
MD
LG