Accessibility links

Yanacaq qiymətlərinin qalxmasına etiraz edənlər həbs olunub


Birmadan gələn xəbərlərdə deyilir ki, Ranqun rəsmiləri ölkədə yanacaq qiymətlərinin qalxmasına etiraz edən daha bir qrup nümayişçini həbs edib.

Şahidlər bu gün keçmiş paytaxt Ranqunda şəhər meriyasının qarşısında toplaşan azı 17 fəalın həbs olunduğunu bildirir. Etirazlar bu həftə dördüncü dəfədir ki keçirilirdi. Şahidlər həmçinin bildirir ki, mülki geyimli polis agentləri və təhlükəsizlik qüvvələri daha artıq nümayişlərin qarşısını almaqdan ötrü şəhərdə reydlər keçirir.

Ranqunda bazar günündən bəri başlayan etiraz aksiyaları demək olar ki, hər gün təkrarlanıb. 13 məşhur demokratiya fəalının həbsindən sonra çərşənbə günü keçirilən nümayişdə şahidlər 300 nəfərin iştirak etdiyini bildirir.

XS
SM
MD
LG