Yaxın Şərq Araşdırmaları üzrə Vaşinqton Təşkilatının Eksperti, İran üzrə on kitabın müəllifi Patrik Klausın Iran azərbaycanlılarının mədəni hüquqlarının bərpası üzrə Tehran hökumətilə baş verən problemlərə Azərbaycan hökumətinin müdaxilə etməməsini ağıllı bir siyasət kimi nəzərdə tutur.
Cənab Klausen qeyd edir ki, Azərbaycanın İranla əlaqələrini hətda dostluq əlaqələri də adlandırmaq olmaz ancaq demək olar bu əlaqələr düzgün xətdədir və normaldır bu isə ABŞ-ı narahat etmir. Ona görəki ABŞ rəsmiləri başa düşür ki, İran Azərbaycanın qonşusudur və Azərbaycanın bu ölkəylə normal əlaqələr saxlaması təəccübləndirici deyil. Ancaq Azərbaycanın İranla strateji əlaqələr saxlaması ABŞ-ı narahat edərdi.
Ekpert deyir ki, İranda azərbaycanlılar içtimaiyətin qalan hissəsinə yaxşı inteqrasiya olunmuşdu və əslinə baxanda azərbaycanlıların İranın Azərbaycanla bağlı siyasətindən narahat olmaları üçün əsaslı səbəb yoxdur. “Buna baxmayaraq İranı idarə edən radikal sərt xətt tərəfdarları son illərdə etnik azlıqların problemlərinə o qədər biqanə qalıblar ki, Tehranla etnik azerbaycanlıların əlaqələri mühüm nisbətdə tənəzzül edib.
Cənab Klausen qeyd edib ki, İrandakı azərbaycanlıların tələbləri daha çox daxili, mədəni məsələlərlə əlaqədardır. “Heç olmasa indiyə qədər İran azərbaycanlılarının şikayətləri daxili məsələlərlə əlaqədar olub. Bunların siyahısına təhsil, ayrıseçkilik, İran azərbaycanlılarının İran medyasında nə şəkildə təsvir olunduqları kimi məsələlər daxildir ancaq bunun xarici siyasət məsələrinə də gelib çatması o qədərdə təəccübləndirici olmazdı.
Vaşinqton təşkilatının eksperti qeyd edir ki, prezidenltik seçkilərində əsas səsi farsların yaşadığı regionlardan alan, azərilər və digər etnik qrupların yaşadığı yerlərdə o qədər də himayə görməyən Əhmədinəjadın prezidenltiyi dövründə İran hökumətinin yanlız azərbaycanlılar yox, ərəblər, kürdlər, beluclar və türkmənlər kimi bütün iri etnik qruplarla münasibətləri tənəzzül edib.