Accessibility links

Vaşinqton Post: Corc Buş İraq strategiyasını dəyişmək niyyətində deyil


Vaşinqton Postda dərc olunmuş məqalədə deyilir ki, İraqda hərbi və siyasi vəziyyət barədə gözlənilən hesabatın çıxmasından sonra prezident Buş özünün strategiyasını dəyişməyəcək.

Ağ ev rəsmiləri qəzetin müxbirinə bildirib ki, onlar gələn ilin əvvəlinə kimi ciddi siyasət dəyişikliyini nəzərdən keçirmirlər.

Rəsmilər bildirib ki, onlar ordu generalı Devid Petraus və İraqdakı səfir Rayan Krokerin hazırladığı hesabatda son il ərzində təhlükəsizliklə bağlı ciddi nailiyyətlərin əksini tapacağını gözləyir. Rəsmilərin sözlərinə görə, prezident Buş indiki məqamda ciddi dəyişikliklərə yer olmadığını bildirəcək.

Qəzetin yazdığına görə, Ağ Evdəki bir çox rəsmilər və onların tərəfdarlartı yeni göndərilmiş 20 minlik qüvvə də daxil olmaqla 160 min əsgəri İraqda saxladıqlarına görə dəstək qazandıqlarına inanır.

XS
SM
MD
LG