Hindistan rəsmiləri azı 42 nəfərin ölümü, 50 nəfərin yaralanması ilə nəticələnən Heydərəbaddakı bomba hücumundan sonar həmin ərazidə azı 16 partlayıcı qurğunun aşkar edildiyini bildirmiş və bu hücumda terrorçuları günahlandırmışlar.
Daxili İşlər Nazirliyinin rəsmiləri dünən terrorçuların ölkənin Andra Pradeş ştatında həyata keçirdikləri hücumla ölkənin birliyini zəiflətmək istədiklərini deyir. Rəsmilər hücumda əli olmaqda hansısa qrupu günahlandırmayıb. Hələ ki, hücumun məsuliyyətini üzərinə götürən olmayıb. Bunlara baxmayaraq Andra Pradeşin hökumət nümayəndəsi belə hücumların Banqladeşdə və Pakistanda məskunlaşan terrorçular tərəfindən planlaşdırıldığını deyib.