Accessibility links

Britaniya rəsmiləri 11 yaşlı oğlanın qatillərini axtarır


Britaniya rəsmiləri 11 yaşlı oğlanın qətlə yetirilməsində altı yeniyetməni dindirirlər. Polisin məlumatına görə, 15-19 yaşları arasında altı gənc Ris Counzun ölümündə şübhəli bilinirlər. Həmin oğlan Liverpul şəhərində evinə gedərkən boyun nahiyəsindən güllə ilə vurulmuşdur.

Rəsmilərin dediyinə görə, həmin ərazi iki bandanın arasında cərəyan edən qarşıdurma səhnəsinə çevrilib. Counzun qətli Britaniya cəmiyyətində odlu silah cinayətlərinə və qanqster zorakılığına dair geniş debata yol açıb.

XS
SM
MD
LG