Accessibility links

İraqın baş naziri ABŞ senatorlarını qınayıb


İraqın baş naziri Nuri Əl Maliki onun vəzifəsindən kənar edilməsinə çağıran senatorlar Hilari Klinton və Karl Levini sərt şəkildə qınamış və onun sözləri ilə desək, “ağıllarını geri qaytarmağa” səsləmişdir. Bu gün keçirdiyi mətbuat konfransında cənab Maliki demişdir ki, hər iki senator İraq barədə öz şəxsi əmlakları kimi mühakimə irəli sürürlər.

Baş nazirin bu çıxışı güclü təhlükəsizlik tədbirləri ilə keçirilən minlərlə şiə zəvvarın müqəddəs Kərbəlaya ziyarəti vaxtına təsadüf edir. Bağdad rəsmiləri bildirirlər ki, Kərbəlaya gedən yolda zəvvarlara edilən hücum nəticəsində bir qadın ölmüş, 6 nəfər isə yaralanmışdır.

XS
SM
MD
LG