Accessibility links

Venesuela Rusiyadan daha artıq silah almağa hazırlaşır


Venesuela prezidenti Hüqo Çavez Vaşinqtonun inkar etməsinə baxmayaraq, Amerikanın Venesuelaya qarşı hücumların müdafiə məqsədi ilə Rusiyadan daha artıq silah almağı planlşadırdığını bildirib. Çavez artıq Rusiyadan aldığı silahlara 3 milyard ABŞ dolları sərf edib. 2002-ci ildə qısamüddətli çevrilişlə üzləşən Venesuela lideri Amerikanın Mərkəzi Kəşfiyyat agentliyini konstitusiyada islatahlara mane olmaqda günahlandırıb. Qeyd edək ki, konstitusiyaya ediləcək əlavələr Çavezə on illik hakimiyyət hüququ bəxş edə bilər. Hüqo Çavez Amerikanın əməllərinə nə dəlil gətirib, nə də təfərrüata varıb.

XS
SM
MD
LG