Accessibility links

Katrina qasırğasından iki il keçir


Avqust ayının 29-da Nyu Orleans şəhərinin 80 faizini su altında qoyan Katrina qasırğasından iki il keçir. Lakin bərpa işlərinin olduqca yavaş getməsi ilə şəhəri 160 mindən artıq sakini evinə qayıda bilməyib. Katrinaya lazımi cavab verməməkdə günahlandırılan Amerika prezidenti Corc Buş Nyu Orleansa 13 dəfə səfər edib. Federal hökumətin milyardlarla dollar yardım vədlərinə baxmayaraq, insanların əksəriyyətinin gözü hələ də yoldadır. Bu vəsaitin 7 milyardı şəhərin daşgınlardan qorunmasına sərf edilməlidir. ABŞ prezidentliyinə demokrat namizədlər Barak Obama, Hillari Klinton və Con Edvard Nyu Orleansa səfər edərək, yenidənqurma və bərpa işlərinin sürətləndiriləcəyinə vəd veriblər.

XS
SM
MD
LG