Accessibility links

Hillari Klinton seçkiqabağı kampaniyasına vəsait toplayır


Amerikanın sabiq prezidenti Bil Klinton xanımı Nyu-York senatoru Hillari Klintona dəstəyini daha da artırıb. Sabiq prezident Nyu-York ştatının Baffalo şəhərində təşkil edilən seçkiqabağı kapaniya üçün vəsait toplanması mərasimində iştirak edib. Tədbirdə iştirak edən 200-ə yaxın adamın hər biri Hillari Klinton kampaniyasına min dollar ödəyib. Mərasimdə Amerika Birləşmiş Ştatlarının demokrat siyasətçiləri və tanınmış biznes adamları iştirak edib. Prezident Klinton onlardan hər birinin 10 adama ən yaxşı namizədin Hillari olduğunu deməsini istəyib. Kilsədə təşkil edilən vəsait toplanması tədbirinə gedən xanım Klinton abotr əleyhinə olanların etiraz aksiyası ilə üzləşib. Bu tədbirə gələn 100-ə yaxın adamın hər bir 100 dollar vəsait ödəyib.

XS
SM
MD
LG