Yunan yanğınsöndürmə rəsmilərinin bildirdyinə görə, yanğınları nəzarət altına almaq mümkün olmasa da, onlar bir neçə gün bundan əvvəl oldugu kimi şiddətli deyil. Bu gün Evia adası və Peloponnes yarımadasının cənub bölgəsi yanğınsöndürənlərin əsas mübarizə bölgəsi olub. Qeyd edək ki, keçən həftədən bəri yanğınlar 63 insanın ölümünə, minlərlə hektar ərazi və zeytun bağlarının külə çevrilməsinə səbəb olub. Yüzlərlə kəndlərin sakinləri evakuasiya edilib.
Sentyabrın 16-ı parlament seçkiləri ərəfəsində olan Yunanıstanın müxalif siyasətçiləri hökuməti səriştəsizlikdə günahlandırır.