Accessibility links

Washington Post: Prezident Buş əlavə vəsait istəmək niyyətindədir


Vaşinqton Post qəzetinin yazdığına görə, prezident Buş İraqdakı əməliyyatlar üçün 50 milyard dollara qədər əlavə vəsait istəmək niyyətindədir. Qəzet yazır ki, administrasiya vəsaiti İraqda əldə olunan nailiyyətlərə dair sentyabrın ortalarında açıqlanması gözlənilən hesabatın ortaya çıxmasından sonra istəyəcək. Yeni vəsait 2008-ci il büdcəsi üçün artıq tələb olunmuş 460 milyard, eləcə də, İraq və Əfqanıstanda müharibə üçün istənilmiş 147 milyard dollarlıq yardımçı büdcəyə əlavə ediləcək. Postun yazdığına görə, əlavə vəsait istəməsi administrasiyanın demokratların başçılıq etdiyi Konqresin qoşunları çıxarmaq tələbinə müqavimət göstərəcəyi deməkdir.
XS
SM
MD
LG