Accessibility links

Katrina qasırğasının ikinci ildönümü qeyd edilir


Bu gün avqust ayının 29-u Nyu-Orleans şəhərinin 80 faizini su altında qoyan Katrina qasırğasının ikinci ildönümüdür. ABŞ prezidenti Corc Buş birinci xanım Lora Buşla Katrinanın ildönümü münasibəti ilə Nyu- Orleansa səfər edib. Prezident təhsil rəsmiləri görüşüb, yerli məktəbləri ziyarət edib. ABŞ prezidenti şəhərin bərpasında əldə edilən nailiyyətlərdən danışıb. Corc Buş bu gün Katrinanın qurbanlarının anım mərasiminin də iştirakçısı olub. Xatırladaq ki, Katrina regionda 1800-dən artıq insanın həyatına son qoymuşdu.

XS
SM
MD
LG