Türkiyənin yeni prezidenti Abdulla Gül ilk rəsmi vəzifəsi kimi kabinetin siyahısını təsdiq edib. Qeyd edək ki, siyahı Ədalət və İnkişaf partiyasının sədri və Gülün yaxın müttəfiqi Rəcəb Teyyüb Ərdoğan tərəfindən təqdim edilib. Xarici işlər naziri vəzifəsinə sabiq iqtisadiyyat naziri Əli Babacan təyin ediləcək. Dünyəviçi müxalifət isə qərəzli işarələr axtarır. Xatırladaq ki, Abdulla Gülün prezident seçilməsi dünən parlamentdəki səsvermənin nəticəsi olmuşdu.